Arsenalımıza fərqli məqsədlərə uyğun olan tent konstruksiyalarının geniş seçimi daxildir. Biz, tent konstruksiyalarını yüksək texnoloji və müasir materiallardan hazırlayırıq, müştərilərə yalnız funksional deyil, həmçinin gözəl memarlıq həlləri təklif edirik.
Konstruksiyaların üstünlükləri
LUXTENT
Sinklənmiş polad karkas
Odadavamlı memarlıq tenti
Azərbaycan və xaricdə 10 ildən çox iş təcrübəsi
Aralıq dayaqları olmayan
Hava şəraitlərinə dayanıqlı
Uzunömürlü memarlıq tent parçası
ArcoTenso
Sinklənmiş poladdan, ara dayaqları olmayan funksional tent konstruksiyası İtaliya texnologiyalarına əsasən hazırlanıb. Ölçülər 25 m2-dən başlayır və modulların uc-uca calanma imkanları sayəsində sonsuzdur. Yüksək keyfiyyətli memarlıq tenti parçası istənilən hava şəraitlərinə dözümlüdür, bu isə konstruksiyanı universal və mövsümdən asılı olmayaraq bütün tədbirlər üçün uyğun edir.
EcoChalet
Dizayn edilən möhkəm tent konstruksiyası eko üslubuna qiymət verənlər üçündür. Yapışqanlı tirdən və xüsusi metal konnektorlardan hazırlanan karkas istənilən hava şəraitlərinə davamlıdır. Sifarişçinin istəyilə günbəz şəffaf ola və ya lazımi rəngdə xüsusi arxitektur parçadan hazırlana bilər. Bu cür konstruksiya – kafelər, terraslar, bağ evləri, tədbirlərin keçirilməsi üçün incə həldir.
Membrane
“Membrane” tent konstruksiyaları qeyri-standart həllərin tələb olunduğu hallar üçün fərdi olaraq layihələndirilir. Ara dayaqlar olmadan hazırlanır, ankerlərlə bərkidilir və eksklüziv açıq günbəz forması ilə fərqlənir və konstruksiyanın model və ölçülərindən asılı olaraq içəriyə 100 nəfərdən çox adam yerləşə bilər. Yay istilərində istirahət zonaları və ilin istənilən mövsümündə keçirilən qonaqlıqlar, idman meydançaları və ictimai iaşə zonaları üçün idealdır.
EcoPergola
Minimalist dizayna malik funksional və ekoloji tent konstruksiyası İtaliya texnologiyaları ilə hazırlanıb, şüşələnə və istənilən çalarlı arxitektur parça ilə örtülə bilər. Əsasən fərdi tikililər üçün talvar, terras damı, evlərin əlavə tikililəri, eləcə də restoran biznesində eksklüziv terrasların yaradılmasında istifadə olunur.