İdman çadırları

Təlim maneji

Qapalı at manejləri və çadırları istehsal edirik, satırıq və icarəyə veririk. “LEXTENT” şirkətinin geniş tent konstruksiyaları atların təlimi, miniciliklə məşğul olmaq və ilin istənilən vaxtı yarışların keçirilməsi üçün ara dayaqları olmayan istənilən hündürlükdə məkanlar yaratmağa imkan verir. Atçılıq idmanı üçün manejin içində ventilyasiya və kondisioner sistemlərinin köməyilə idmançılar və ziyarətçilər üçün komfort temperaturu asanlıqla qorumaq mümkündür. Bütün konstruksiyalar yüksəkkeyfiyyətli möhkəm materiallardan hazırlanıb, asanlıqla quraşdırılır, əlavə olaraq, brendlənmə istənilən yerdə quraşdırıla bilər.

İdman manejləri

Məşq və yarışların keçirilməsi üçün idman manejlərinin tikintisini təklif edirik. Tezqurulan çadırlar çoxfunksiyalı idman zallarının yerləşdirilməsi üçün idealdır – tikinti kimi uzun zaman və xüsusi icazələrin alınmasını tələb etmir, dəyəri isə kapital binalarından dəfələrlə aşağıdır. “LUXTENT”-in istehsalı olan karkas-tent konstruksiyaları aktiv həyat tərzini hətta uzaq yaşayış məntəqələrində mümkün edir, idmanla məşğul olmanı isə istənilən havada komfortlu və təhlükəsiz edir.

Buz və ya roller katoku. Kartinq

“LUXTENT” şirkətinin karkas-tent konstruksiyalarının köməyilə qapalı buz meydançalarının tikintisi yalnız stasionar binalarda deyil, həmçinin demək olar ki, istənilən səthdə və landşaftda mümkündür. Çadırların möhkəm, etibarlı və təhlükəsiz materialları buz və ya roller arenaları üçün tökmə döşəmə örtüklü geniş katoklar yaratmağa imkan verir. Müasir kondisioner sistemlərinin və verilmiş temperatur səviyyəsinin qorunması sayəsində həm qışda, həm də yayda istismar ediləcək buz katoku üçün tent çadır-anqarının layihəsini həyata keçirmək mümkündür.

Məşqlər, idmançıların yerləşdirilməsi və yarışların müasir üslublu çadırlarda keçirilməsi rahat və ən yüksək beynəlxalq səviyyəyə layiq olacaq.

Gimnastika. Yoqa. Pilates

Karkas-tent konstruksiyaları istənilən havada qrup şəklində və fərdi olaraq idman məşqlərinin keçirilməsi üçün uyğundur. Gimnastika, yoqa, pilates və digər idman növləri geniş çadırlarda istənilən sayda ziyarətçi qəbul edə bilər, pavilyonu isə təşkilatçıların seçimi ilə qumlu çimərlikdən bina damlarınadək istənilən yerdə yerləşdirmək mümkündür. Konstruksiyanın möhkəm materialları, yüksək qurulma sürəti və müasir üslublu xarici görünüşü “LUXTENT” şirkətinin çadırlarını müasir idman məktəbləri və studiyaları üçün optimal seçim edir.

Təklif alın

    Əhalinin sağlam həyat tərzinin qorunması, idmanın inkişafı, yüksək nailiyyətlərin əldə edilməsi – Azərbaycanda yerli və dövlət səviyyəsində profil təşkilatlarının fəaliyyətinin əsas istiqamətləridir. İstənilən havada işləyən və rahat olan qapalı tikinti meydançalarının tikintisi bu məqsədlərin əldə edilməsi yolunda önəmli addımdır.

    “LUXTENT” şirkəti idman təyinatlı müasir karkas-tent tikililərinin alışı, icarəsi və quraşdırılmasını təklif edir:

    • Təlim manejləri;
    • Qapalı buz və roller katokları;
    • Tennis və badminton kortları;
    • Gimnastika, yoqa və pilates, minifutbol, voleybol, basketbol və digər idman növləri üçün meydançalar;
    • Qapalı hovuzlar.

    Idman üçün karkas çadır konstruksiyaları

    İdman anqarlarının tikintisi idman məktəblərinin təlim potensialını genişləndirməyə, eləcə də həm yerli, həm də beynəlxalq səviyyədə təlimlər, toplanışlar və yarışlar keçirməyə, müəssisələrin nüfuzunu artırmağa və yeni tələbələr cəlb etməyə imkan verir. Tezqurulan çadır və anqarlar universaldır, onlara istənilən idman növləri üçün meydançalar yerləşdirmək, ayrıca zonaları əlavə olaraq brendləmək, ventilyasiya və kondisioner sistemləri ilə təchiz etmək, tribuna zonaları əlavə etmək və hətta kapital tikililərlə birləşdirmək mümkündür.

    “LUXTENT” şirkətinin müasir tent konstruksiyaları idmançıların rahat yerləşdirilməsi, idman avadanlığının saxlanılması, mükafat mərasimlərinin keçirilməsi və istənilən idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün məkan yaratmağa kömək edəcəklər.

    Bütün istifadə sahələri

    Layihələrimiz arasında Vilnüs, Kaunas və Klaypeddə iştirak etdiyimiz yüzlərlə tədbir və ya bayram var. Önəmli hadisə və ya biznesiniz üçün ideal, təhlükəsiz və etibarlı həlli tapmaq üçün Portfoliomuza baxın və ya tent konstruksiyalarımızın model cərgəsi ilə tanış olun.

    Restoran biznesinin müxtəlif nümayəndələri ilə uzunmüddətli əməkdaşlıq təcrübəmiz ən qeyri-adi və eksklüziv sifarişlər üçün uyğun həllər tapmağa imkan verir. Bu səbəbdən, biz Sizin üçün optimal variantı tapıb tələblərinizə cavab verən fərdi tent konstruksiyasını hazırlayacağıq.

    Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.

    Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.

    Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı,  asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.

    Biz müştərilərimizin istəklərinə və sifarişlərinin xüsusiyyətlərinə qarşı diqqətliyik, bu səbəbdən ən mürəkkəb vəzifələri sevinclə həll edirik, istənilən sənaye tədbirlərini lazımi və funksional tent konstruksiyaları ilə təmin edirik.

    Tədbirlər

    Restoran biznesi

    Arxitektura

    Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.

    İdman

    Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.

    Özəl sektor

    Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı,  asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.

    Sənaye

    Menyu