Çadır memarlığı

İcarə məntəqələri

“LUXTENT” çadırları və talvarlarından ilin istənilən vaxtı həm müvəqqəti, həm də daimi icarə məntəqələri kimi istifadə olunur. Ara dayaqları olmayan geniş tikililər avtomobil dayanacağı üçün talvar qismində, daha kiçik məkanlar isə velosiped və samokatların, rolik və buz konkilərinin, avadanlığın və digər inventarın saxlanılması üçün uyğundur.

Sürətli və sadə quraşdırma, keyfiyyətli və köhnəlməyə davamlı materiallar, rəng həllini seçmək, konstruksiyanın brendinq və fərdi layihələndirmə imkanı tent qurğularını müasir biznes üçün ən yaxşı həll yolu edir.

Uşaq zonaları

Kafelər, restoranlar, mehmanxanalar, şəhərkənarı klublar, parklar, uşaq bağçaları, istirahət düşərgələri, çimərliklərdə uşaq zonalarının təşkil edilməsi üçün müasir, möhkəm və təhlükəsiz tent konstruksiyaları təklif edirik. Tent konstruksiyasını rahatlıqla zonalamaq və döşəmə örtüyü, işıqlandırma, mebel və ventilyasiya və kondisioner sistemləri ilə əlavə olaraq təchiz etmək mümkündür. Uşaq oyun meydançaları üçün tent talvarlarımız kiçik yaşlı qonaqlara və onların valideynlərinə qızmar yay günlərində istidən əziyyət çəkmədən və soyuq qış mövsümündə donmadan istənilən havada içəridə rahat vaxt keçirməyə kömək edəcək. Tent örtüklərinin geniş rəng palitrası və unikal dizaynı oyun zonasını cəlbedici və yaddaqalan etməyə kömək edəcək.

Bazar çadırları

Biz, küçə ticarəti üçün müasir üslublu və rahat tezquraşdırılan bazar çadırlar təklif edirik. Tent konstruksiyaları mövsümi bazarların, minimarketlərin və yarmarkaların təşkili üçün son dərəcə uyğundur. Ticarət cərgələrinin yerləşəcəyi vahid ticarət pavilyonu yaratmaq və günbəzin altında stasionar mağazaların və ya istənilən digər ticarət piştaxtalarının yaradılması üçün çadırı əlavə olaraq zəruri avadanlıqla təchiz etmək olar. Tezqurulan çadırlardan təşkil edilən bazarı, demək olar ki, istənilən yerdə yerləşdirmək və səyyar satış yarmarkasını təşkil etmək mümkündür.

Nəqliyyat dayanacağı

Müasir tent konstruksiyaları ictimai nəqliyyat dayanacaqlarının təşkili üçün son dərəcə uyğundur və müvəqqəti və daimi talvarlar qismində istifadə edilə bilər. Məs., avtobus dayanacağı üçün tent talvarı mənfi hava şəraitlərindən və günəşdən qoruyacaq, sərnişinlərin gözləmə zamanı keçirdiyi vaxtı komfortlu edəcək, həmçinin reklamın yerləşdirilməsi üçün yer qismində xidmət edə biləcək. Forma və rəng həllərinin müxtəlifliyi dayanacaq məntəqəsini ətraf landşafta harmonik şəkildə daxil etməyə imkan verir. Qabaqcıl texnologiyalardan istifadə zamanın nəbzini tutmağa və simli nəqliyyat kimi istiqamət üçün infrastruktur yaratmağa kömək edir. “LUXTENT”-in tent konstruksiyaları möhkəm müasir materiallardan hazırlanır, uzun müddət xidmət edir və tezliklə quraşdırılır.

Təklif alın

    Müasir çadır memarlığı

    Tent memarlıq – fəal inkişaf edən və Bakı, Gəncə, Sumqayıt və Azərbaycanın digər şəhərlərində şəhər mühitində funksional məkanların yaradılması üçün getdikcə daha da geniş istifadə olunan müasir dizayn istiqamətidir. Tent tikililərinin hazırlanması üçün karkas və örtüyün proqressiv, təhlükəsiz və köhnəlməyədavamlı materiallarından istifadə olunur, bu səbəbdən müasir tent qurğuları artıq müvəqqəti texniki konstruksiya kimi qəbul edilmir. Bu konstruksiyalardan istənilən iqlimdə uzunmüddətli isitifadə imkanı olan tam hazır memarlıq obyektləri kimi istifadə olunur.

    Tent konstruksiyalarının populyarlığının möhkəmlik, uzunömürlülük, formanın məkan sərbəstliyi, rəng qammasının müxtəlifliyi, ayrıca zonalarının və ya bütövlükdə bütün tikilinin brendinq imkanı kimi bir çox səbəbi var. Sürətli tikilmə və asan transformasiya imkanı tent tikililərinin müasir həyatın dinamikasına uyğun olmağa, iqtisadi və estetik tendensiyalara cavab verməsinə, yəni hər zaman aktual olmasına kömək edir.

    Tent və membran konstruksiyalarının yüngül və dəqiq xətləri şəhər tikililərinə ideal uyğunlaşır, müasir görünür və beton, taxta, şüşə və metal kimi əsas tikinti materiallarına inteqrasiya edir. Bu, landşaftı və istənilən memarlıq konstruksiyalarını tamamlamaq, eləcə də müvafiq funksiyaları yerinə yetirmək üçün orijinal fərdi həllərin yaradılmasını mümkün edir.

    Tent konstruksiyaları forma və funksional təyinatına görə müxtəlif olur:

    • İdman inventarının, velosipedlərin, su nəqliyyatının icarəsi məntəqələri;
    • Ən kiçik uşaqlar üçün otaqları, aktiv oyunlar üçün meydançaları və zəruri hallarda hətta açıq səhnəsi olan uşaq zonaları;
    • Avtomobillər üçün talvarlar;
    • İctimai nəqliyyat dayanacaqları;
    • Bazar və marketlər.

    “LUXTENT”-in mütəxəssisləri Sizə istənilən ideyaları həyata keçirməyə və qoyulmuş vəzifələri icra etməyə imkan verən məkan əldə etmək üçün həllər təklif edəcək.

    Bütün istifadə sahələri

    Layihələrimiz arasında Vilnüs, Kaunas və Klaypeddə iştirak etdiyimiz yüzlərlə tədbir və ya bayram var. Önəmli hadisə və ya biznesiniz üçün ideal, təhlükəsiz və etibarlı həlli tapmaq üçün Portfoliomuza baxın və ya tent konstruksiyalarımızın model cərgəsi ilə tanış olun.

    Restoran biznesinin müxtəlif nümayəndələri ilə uzunmüddətli əməkdaşlıq təcrübəmiz ən qeyri-adi və eksklüziv sifarişlər üçün uyğun həllər tapmağa imkan verir. Bu səbəbdən, biz Sizin üçün optimal variantı tapıb tələblərinizə cavab verən fərdi tent konstruksiyasını hazırlayacağıq.

    Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.

    Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.

    Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı,  asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.

    Biz müştərilərimizin istəklərinə və sifarişlərinin xüsusiyyətlərinə qarşı diqqətliyik, bu səbəbdən ən mürəkkəb vəzifələri sevinclə həll edirik, istənilən sənaye tədbirlərini lazımi və funksional tent konstruksiyaları ilə təmin edirik.

    Tədbirlər

    Restoran biznesi

    Arxitektura

    Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.

    İdman

    Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.

    Özəl sektor

    Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı,  asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.

    Sənaye

    Menyu