İstifadə sahəsi

İstənilən tədbirin uğuru əsasən məkanın təşkili və qonaqların rahatlığından asılıdır. “LUXTENT” şirkətinin Bakıdakı nümayəndələri hər müştəri üçün optimal fərdi həllər təklif edir. “LUXTENT”-in karkas-tent konstruksiyaları istənilən tədbiri gözəl, təsirli və yaddaqalan edəcək:

  • Festivallar, konsertlər, idman tədbirləri və digər;
  • Toylar, yubileylər, ailə mərasimləri, əyləncəli axşam yığıncaqları;
  • Uşaq bayramları, oyun zonaları;
  • İşgüzar görüşlər, konfranslar, təqdimatlar, korporativ tədbirlər, tim-bildinqlər;
  • Sərgilər, forumlar, ekspozisiya məkanları;
  • Hovuzların, park yerlərinin, istirahət zonalarının üzərində çadırlar;
  • İstixanalar və qış bağçaları;
  • Texnika üçün anbar və pavilyonlar, texnika və heyvanlar üçün anqarlar.

Çadırlarımız və tent konstruksiyalarımız istənilən istifadə şərtləri üçün uyğundur, həm şəhərdə, həm də şəhərdən kənarda istənilən yerdə, demək olar ki, istənilən landşaft və hava şəraitlərində quraşdırıla bilər.