Çadırların dekorasiyası

Çadırın dekoru – tent konstruksiyalarının icarə və ya satın alınmasını tamamlayan çox önəmli opsiyadır. “LUXTENT” şirkəti çadırların istifadəyə hazır çadırların dekor edilməsində peşəkar yardımı, eləcə də konstruksiyaların daxili hissəsinin təşkil edilməsi üçün ayrıca elementləri təmin edir. Bakıdakı müştərilərimizə aşağıdakı növdə dekor təklif edirik:

  • Çadırın günbəz və divarların parça üzlüyün çəkilməsi;
  • Canlı güllər və gül kompozisiyaları ilə dekor;
  • Canlı dibçək bitkilərinin icarəsi.

Bu variantlardan birinin və ya kombinasiyasının köməyilə “LUXTENT”-in mütəxəssisləri interyer dizaynerləri ilə birgə Sizin tədbiriniz üçün hadisənin formatı və konsepsiyasını vurğulayacaq unikal atmosferi yaradacaqlar.

Toy Çadırı Dekorasiyası

Təbiətdə bir toy mərasimi keçirmək qərarına gəlsəniz, bunun üçün rəngli bir çadıra ehtiyacınız var. Hər çadır hər bir toy üçün ayrıca bəzədilə bilər.

LUXTENT toy çadırını bəzəmək üçün müxtəlif yollar təklif edir: çadırı parçalar, çiçəklərlə bəzəmək və ya balonlarla bəzəmək. Çadırın həm fərdi hissələrini, həm də bütövlükdə çadırı bəzəyə bilərsiniz.

Günbəz və divarların parça ilə dekoru

Çadırın ən gözəçarpan dekor elemetlərindən biri – günbəz və divarların bəmbəyaz parça ilə vizual seçilməsi. Adətən, günbəzin dekorundan toy mərasimlərinin, əyləncə axşamlarının və digər təntənəli tədbirlərin keçirilməsi zamanı istifadə olunur.

Yüngül parça üzüklər çadırın içində bayram atmosferi yaradır, tədbirə parıltı və təntənə bəxş edir, keçirilən tədbirin əhəmiyyətini vurğulayır. Çadırın dekoru nəfis görünür, işığı gözəl əks etdirir və rəngli işıqlandırma üçün önəmli rol oynayır.

Parça köməyilə dekorun daha bir önəmli hissəsi parçanın karkas dayağını və çardağın texniki elementlərini örtməsindən ibarətdir. Bunun sayəsində pavilyonun daxili məkanı zərif və bəzəkli görünür.

Floristika

Canlı güllər məkanın interyerini çox gözəl yeniləyir və əsilləşdirir, tent konstruksiyalarında isə tent çadırını təntənəli mərasim zalına çevirə bilir. Əksər hallarda floristikadan toy, korporativ, səyyar nigah mərasimi, ad günləri, məzuniyyət gecələri və ya banket çadırının dekorunda istifadə olunur. Gül dekorlu çadırda keçirilən istənilən hadisə parlaq və rəngarəng olacaq, bu cür tədbirlər haqqında xatirələr isə iştirakçıları uzun müddət sevindirəcək.

“LUXTENT” şirkəti bayramınız üçün güllərdən və gül kompozisiyalarından dekor elementləri yaratmağa hazır olan təcrübəli floristlərlə əməkdaşlıq edir.

Canlı dibçək güllərinin icarəyə verilməsi

Bəzən hava, tent konstruksiyasının yerləşməsi və ya digər şəraitlər çadırın dekorunda gül kompozisiyalarından istifadə etməyə imkan verir. Bu cür hallarda “LUXTENT” şirkəti canlı dibçək gülləri ilə dekor etməyi təklif edir.

Müştərilərimizə ekzotik palmalar və çəlləklərdə lianalar, həmişəyaşıl iynəyarpaqlı bitkilər və ya kollar təklif etməyə hazırıq. Bu və digər bitki növləri çadırın daxili və xarici məkanını bəzəyəcək, pavilyonu funksional zonalara bölməyə, çadıra girişi bəzəməyə, yolları hasarlamağa və tədbiriniz üçün tematik atmosfer yaratmağa kömək edəcək.

Siz həmçinin aşağıdakıları sifariş edə bilərsiniz:

Biz müxtəlif növ döşəmə örtükləri təklif edirik: terras lövhəsindən süni qazonadək. Mütəxəssislərimizdən konsultasiya alaraq özünüz və qonaqlarınız üçün ən uyğun olacaq örtüyü seçə və sifariş edə bilərsiniz.

Seçdiyiniz tent konstruksiyası asanlıqla şüşələnə bilər. Çərçivəsiz şüşə, ikiqat və ya birqat şüşə paketi, sürgülü və ya sürgüsüz qapılar da daxil olmaqla çadırların şüşələnməsinin müxtəlif opsiya və variantlarını təklik edirik.

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Qonaqların sayından və çadırın içində yerləşmə planından irəli gələrək, biz, Sizin üçün ən yaxşı mebel dəstini təklif edəcəyik. Masalar və oturacaqlar, rahat divan və kreslolar da daxil olmaqla, bar təşkil edib, banket tekstilini təqdim edəcəyik.

Döşəmələr

Şüşələmə

İşıqlandırma

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Çap

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

Dekor

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

İqlim

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

WC

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Mebel

Menyu