
Restoran çadırları
Restoran və açıq hava kafeləri üçün müasir üslublu həllər: restoranlar və mövsümi meydançalar üçün tent konstruksiyaları, talvarlar, giriş qrupları, yay kafeləri üçün çadırlar, eləcə də binaların yuxarı mərtəbələri və damlarında populyarlaşan ruf-top müəssisələri üçün terraslar təklif edirik.
Tezqurulan karkas üzərində yüngül və möhkəm materiallar terras və talvarların qısa müddətdə, demək olar ki, istənilən forma və dizaynını yaratmağa imkan verir. Bundan əlavə, loqotipin fasada vurulması, döşəmə örtüyünün quraşdırılması, məkanın mebel ilə döşənməsi, müasir dekorla tərtib edilməsi, qeyri-adi işıqlandırma və kondisioner sistemi ilə təchiz edilməsi… “LUXTENT” şirkətindən kafe və restoranlar üçün çadırlar müəssisəni ziyarətçilər üçün daha da cəlbedici edəcək və onları təkrar-təkrar geri dönməyə məcbur edəcək.
Yaz terası çadırı
Yay terrasının qurulması müəssisəyə oturma yerlərini artırmaqdan başqa, ziyarətçilər arasında populyarlığı artırmağa da kömək edəcək. Qonaqlar istənilən havalarda xoş işıqlandırmalı və rahat temperaturlu gözəl və rahat məkanlarda məmnuniyyətlə vaxt keçirəcəklər.
Çadır və talvarları dəfələrlə asanlıqla və tezliklə quraşdırmaq və sökmək mümkündür və bunun sayəsində həm yerində, həm də səyyar tədbirlər və keyterinq üçün istifadə edilə bilər. “LUXTENT”-in tent konstruksiyalarının geniş material, forma və rəng həlləri spektri mövcuddur, bu səbəbdən, istənilən restoran və ya kafe müəsissənin ümumi konsepsiyasına uyğun öz unikal dizaynını ala bilər.


Keyterinq
Açıq hava tədbirlərində keyterinq üçün müasir üslublu çadırlar və tent konstruksiyaları istehsal edirik, quraşdırırıq, satırıq və icarəyə veririk. Çadırda səyyar xidmət stasionar kafe və restoranlar üçün əla alternativ olaraq, eyni zamanda, böyük sayda qonaqlara xidmət etməyə imkan verir. Ayrıca, geniş banket zalları, mətbəx zonaları və texniki otaqlar, avadanlığın saxlanılması üçün yerlər çadırın günbəzi altında rahat və erqonomik yerləşdiriləcək və qonaqlar və xidmət personalı üçün rahat şərait yaradacaq.
“LUXTENT”-in tent konstruksiyaları ilə keyterinq zonası sifarişçi üçün rahat olan yerdə istənilən havada və istənilən sayda insan üçün təşkil edilə bilər.
Çimərlik və pirslər
Sukənarı kafelər, restoranlar və barlar üçün müasir üslublu çimərlik talvar-çadırları təklif edirik. Mehmanxana və şəhərkənarı klublar üçün, çimərliklərin ictimai iaşə zonaları və lounge-zonaları üçün bizim tezqurulan və əlavə olaraq brendlənə və ya ərazinin ümumi konsepsiyası üslubunda tərtib edilə biləcək tent konstruksiyalarımız uyğun olacaq.
Karkas və örtük materiallarının müxtəlif növləri istənilən landşafta harmonik daxil edilə biləcək və müəssisənin rəqiblər arasında sərfəli seçilməsinə kömək edəcək unikal çadır dizaynını yaratmağa kömək edəcək.
“LUXTENT” şirkətinin yüngül və möhkəm tent konstruksiyaları qonaq və interyerləri sıçrantılar, qum və küləkdən etibarlı şəkildə qoruyacaq, kondisioner və ventilyator sistemləri isə rahat şəraitdə komfortlu istirahət bəxş edəcək.


Gecə klubu
Çadırlarda ilboyu təşkil edilə bilən gecə klubları ildən-ilə geniş yayılan yeni trenddir. Bu, içəridə köpük partisi, rəqs və musiqi yarışları, bayramlar və çox sayda qonağın iştirak etdiyi müsabiqələr də daxil olmaqla, demək olar ki, istənilən növ əyləncələri təşkil etməyə imkan verən yüngül, etibarlı, təhlükəsiz və geniş konstruksiyalardır. Müəssisə çadırdan, həmçinin səyyar tipli tədbirlərin keçirilməsi və ya oturma yerlərinin sayının artırılması üçün istifadə edə bilər. “LUXTENT”-in istehsal etdiyi tent konstruksiyaları qumlu çimərlikləri və şəhər küçələri də daxil olmaqla təşkilatçının istəyə biləcəyi istənilən yerdə atmosfer klublarını yaratmağa imkan verir.
Hazır restoran
Yeni kafenin satın alınması və ya fəaliyyət göstərən kafenin genişləndirilməsi tələb olunduqda bir çox məkan sahibi müstəsna olaraq klassik məkanlar haqqında düşünür. Lakin müasir texnologiyalar son dərəcə qısa müddətlərdə küçədə restoran tikməyə imkan verir, çünki tent konstruksiyalarının qurulması layihə sənədlərinin hazırlanmasını, eləcə də dövlət orqanlarından əlavə razılıqların alınmasını tələb etmir.
Bu cür yanaşma kifayət qədər qənaətlidir, ilk qonaqları isə divarları blok və kərpiclərdən istifadə etməklə tikilən müəssisələrdə olduğu kimi bir ildən sonra deyil, daha tezliklə qəbul edə biləcəksiniz. Bu, sadə yay terrası deyil, ilboyu qonaq qəbul edə bilən hazır restoran olacaq. Bunun üçün dizayn-layihədə nəzərdə tutulduqda çadırda xüsusi isitmə, kipləşdirmə, eləcə də şüşələmə işləri aparılır. Restoranın istilik izolyasiyası təmin edilir, küləyin təsirinə məruz qalmır, bu isə müəssisədə komfortlu vaxt keçirməyə imkan verir.
Hazır kafenin və ya restoranın alınması ictimai iaşə sahəsində biznesin inkişafı üçün maraqlı bir həldir. Və buna kiçik məkandan deyil, çadırda təşkil edilmiş istismara tam hazır müəssisədən başlamaq lazımdır!

Təklif alın
Restoranlar üçün tent konstruksiyaları və çadırlardan həm isti mövsümdə müəssisələrin ərazisinin müvəqqəti genişləndirilməsi variantları qismində və ya iri tədbirlərin keçirilməsi üçün, həm də daimi ilboyu istifadə olunan məkanlar qismində istifadə oluna bilər.
İstifadə sahəsi çox genişdir:
- Restoranlar və kafelər;
- Qurulub-sökülən yay terrasları;
- Səyyar xidmət və keyterinq;
- Çimərlik və pirslərdə bar və kafelər;
- Gecə klubları və digər ictimai iaşə müəssisələri.
Kafe və restoranlar üçün böyük çadırlar
Müasir tent konstruksiyaları məkanı ziyarətçilər üçün istənilən hava şəraitində rahat etmək üçün təşkil etməyə imkan verir. Geniş məkanlarda mebel yerləşdirmək mümkündür, ventilyasiya və kondisioner sistemləri rahat temperatur yaradacaq. Əlavə olaraq, çadırlar və ya ayrıca zonaların brendinqini, daxili məkanların məkanın üslubuna uyğun işıqlandırma sistemlərini, mebel və dekorla tərtib edilməsini sifariş etmək olar. Konstruksiyanın yüksək quraşdırılma sürəti və yüngüllüyü sayəsində restoran və ya kafe üçün səyyar çadır yüksək mövsümdə əlavə gəlir mənbəyi ola bilər. “LUXTENT” şirkəti uzun illərdir Bakı və Azərbaycanın digər şəhərlərində restoran biznesi sənayesinin müxtəlif nümayəndələri ilə əməkdaşlıq edir. Bu, istənilən, hətta ən qeyri-adi və mürəkkəb sifarişlər üçün uyğun həllər tapmağa, baza konstruksiyalarını isə geniş ölçü, forma, dizayn və daxili tərtibat spektrini istifadəyə hazır təklif etməyə imkan verir.
Bütün istifadə sahələri
Layihələrimiz arasında Vilnüs, Kaunas və Klaypeddə iştirak etdiyimiz yüzlərlə tədbir və ya bayram var. Önəmli hadisə və ya biznesiniz üçün ideal, təhlükəsiz və etibarlı həlli tapmaq üçün Portfoliomuza baxın və ya tent konstruksiyalarımızın model cərgəsi ilə tanış olun.
Restoran biznesinin müxtəlif nümayəndələri ilə uzunmüddətli əməkdaşlıq təcrübəmiz ən qeyri-adi və eksklüziv sifarişlər üçün uyğun həllər tapmağa imkan verir. Bu səbəbdən, biz Sizin üçün optimal variantı tapıb tələblərinizə cavab verən fərdi tent konstruksiyasını hazırlayacağıq.
Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.
Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.
Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı, asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.
Biz müştərilərimizin istəklərinə və sifarişlərinin xüsusiyyətlərinə qarşı diqqətliyik, bu səbəbdən ən mürəkkəb vəzifələri sevinclə həll edirik, istənilən sənaye tədbirlərini lazımi və funksional tent konstruksiyaları ilə təmin edirik.
- Tədbirlər
-
Layihələrimiz arasında Vilnüs, Kaunas və Klaypeddə iştirak etdiyimiz yüzlərlə tədbir və ya bayram var. Önəmli hadisə və ya biznesiniz üçün ideal, təhlükəsiz və etibarlı həlli tapmaq üçün Portfoliomuza baxın və ya tent konstruksiyalarımızın model cərgəsi ilə tanış olun.
- Restoran biznesi
-
Restoran biznesinin müxtəlif nümayəndələri ilə uzunmüddətli əməkdaşlıq təcrübəmiz ən qeyri-adi və eksklüziv sifarişlər üçün uyğun həllər tapmağa imkan verir. Bu səbəbdən, biz Sizin üçün optimal variantı tapıb tələblərinizə cavab verən fərdi tent konstruksiyasını hazırlayacağıq.
- Arxitektura
-
Tent konstruksiyalarımız universaldır və landşaftı tamamlayacaq şəkildə yaradılır ki, istənilən arxitektur formalara daxil edilsin və önəmli funksiyaları yerinə yetirə bilsin.
- İdman
-
Biz, sadəcə funksional deyil, həmçinin rahat tent konstruksiyaları yaratmağa çalışırıq. Bu səbəbdən, idman tədbirləri zamanı rahat və komfort məkanın yaradılması üçün unikal həllər təklif edirik.
- Özəl sektor
-
Tent konstruksiyalarımız yalnız möhkəmliyi və universallığı ilə deyil, həmçinin keyfiyyətli dizaynı ilə də fərqlənir. Bu səbəbdən, onlar sahəni funksional məkanla yanaşı, asanlıqla gözəl memarlıq həlli ilə tamamlayacaqlar.
- Sənaye
-
Biz müştərilərimizin istəklərinə və sifarişlərinin xüsusiyyətlərinə qarşı diqqətliyik, bu səbəbdən ən mürəkkəb vəzifələri sevinclə həll edirik, istənilən sənaye tədbirlərini lazımi və funksional tent konstruksiyaları ilə təmin edirik.