İşıqlandırma

Çadırın içindəki işıqlandırma layihənin funksional və önəmli estetik hissəsidir. İşıqlandırmanın variativ üsul və növlərindən istifadə edərək çadırın arzuedilən dizaynını həyata keçirmək, eləcə də məkanı zonalamağa və tədbirin formatını vurğulamağa imkan verən vizual effektləri əlavə etmək mümkündür.

“LUXTENT” şirkəti Azərbaycanda rəngarəng əyləncəli açıq hava yığıncaqlarından və toylarından ciddi görüşlər, sammitlər və konfranslaradək restoran biznesi və ya müxtəlif istiqamətli hadisələr üçün nəzərdə tutulmuş istənilən ölçülü tent konstruksiyaları üçün işıqlandırmanın quraşdırılmasını təklif edir.

  • İnteryer işıqlandırması;
  • Eksteryer işıqlandırması;
  • Səhnə işığı.

“LUXTENT” şirkətinin mütəxəssisləri sizə məqsəd və istəklərinizə uyğun tent konstruksiyası üçün optimal işıqlandırmanı seçməyə kömək edəcək.

Интерьерное освещение

İnteryer işıqlandırması

İnteryer işığı — tent konstruksiyasında istifadə olunan əsas işıqlandırma növüdür. İlk növbədə, günün istənilən vaxtı tədbir keçirməyə imkan verir. İkincisi, çadırda düzgün quraşdırılmış işıq məkanın dizaynını vurğulamağa, məkanı zonalamağa, ayrı-ayrı detalları vurğulamağa və hadisə və ya müəssisənin lazımi atmosferini yaratmağa imkan verir.

Tədbirin formatından, eləcə də çadırın ölçüsündən – hündürlüyündən, sahəsindən, konstruksiya növündən, təbii işıqlandırmanın miqdarından asılı olaraq “LUXTENT” mütəxəssisləri məxsusi olaraq Sizin layihəniz üçün işıqlandırma avadanlığını seçəcək.

Eksteryer işıqlandırması

Eksteryer işıqlandırması tədbirin günün qaranlıq saatlarında keçirildiyi və konstruksiyanın dizaynını qeyd etmək lazım olduğu hallarda tətbiq edilir. Xarici işıqlandırma tent konstruksiyasının funksional elementlərini vizual olaraq qeyd etməyə: landşaft dizaynını vurğulamağa, girişi işıqlandırmağa, qonaqların qəbulu üçün rahat meydança hazırlamağa, yolları, çadırları və s. nişanlamağa kömək edir.

Düzgün quraşdırılan xarici işıqlandırma hadisənin təkrarolunmaz atmosferini yaratmağa imkan verir. Məs., toy zamanı çadırın günbəzinin rəngli işıqlandırması gözəl fotoşəkillər üçün fon olacaq, korporativ rənglərlə işığa boyanan pavilyon ziyarətçilərin daha çox diqqətini cəlb edəcək.

Экстерьерное освещение тентовой конструкции

Siz həmçinin aşağıdakıları sifariş edə bilərsiniz:

Seçdiyiniz tent konstruksiyası asanlıqla şüşələnə bilər. Çərçivəsiz şüşə, ikiqat və ya birqat şüşə paketi, sürgülü və ya sürgüsüz qapılar da daxil olmaqla çadırların şüşələnməsinin müxtəlif opsiya və variantlarını təklik edirik.

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

Şüşələmə

Çap

Dekor

Меню