Mebel

“LUXTENT” tent konstruksiyaları – ara dayaqları olmayan, işıqlı və Azərbaycan ərazisində istənilən formatda tədbirlərin keçirilməsi üçün uyğun geniş çadırlardır. Tədbirin önəmli uğurlu hissəsi də rahat mebeldir.
Çadırlarımızın müxtəlif istifadə məqsədli mebel dəstləri ilə döşənməsini təklif edirik:

  • Banket mebeli;
  • Terras üçün mebel;
  • Sərgi mebeli;
  • Lounge-zonalar üçün mebel.

Bundan əlavə, istənilən seçilən variantı sərbəst girişli və ya əşyaları nömrələr əsasında təhvil verən qarderobla tamamlamaq olar. Bu opsiya soyuq havalarda keçirilən iri tədbirlər üçün aktualdır.
“LUXTENT”-in təcrübəli mütəxəssisləri istənilən mürəkkəblikdə və miqyasda layihəni həyata keçirə bilər.

Banket mebeli

Müxtəlif formatlı banket və tədbirlərin keçirilməsi üçün rahat mebelin icarəsini təklif edirik.
Bayramın keçiriləcəyi yerdən və konsepsiyadan asılı olaraq müəyyən üslublu mebel seçmək olar. Biz, loft, provans, rustik, klassik, skandinav, müasir hay-tek üslublu müxtəlif mebellər təklif edə bilərik. Eyni zamanda sifarişçinin istəklərinə cavab verən unikal mebel layihəsini yaratmaq mümkündür. Öz müştərilərimizə tekstil çexollu, banket və koteyl modelli standart stol və stul variantlarını təklif edirik.

Terraslar üçün mebel

Terraslar üçün mebel – yay kafelərinin, restoranlarının və digər mövsümi və ya stasionar açıq məkanların döşənməsi üçün praktik və müasir həldir.
Müştərilərimizə rotanqdan, metaldan, köhnəlməyədavamlı plastikdən və böyük sayda insanın olduğu yerlərdə istifadə üçün xüsusilə nəzərdə tutulan digər materiallardan hazırlanan mebellər təklif edirik. Estetik və müasir masa və oturacaqlar istənilən məkanı rahat, komfortlu və terrasınızın qonaqları üçün cəlbedici edəcək.

Sərgi mebeli

Rahat mebel – məhsulunuz və ya xidmətinizin təqdimatının bütün iştirakçılar üçün maksimal olaraq rahat keçəcəyinin təminatıdır. “LUXTENT” şirkəti sərgi mebelinin geniş çeşidini təklif edir:

  • İştirakçılar və qonaqlar üçün yumşaq divanlar, puflar və kreslolar
  • İstirahət zonaları üçün nümayiş masaları, qəhvə masaları
  • İctimai iaşə üçün tribunalar və bar masaları
  • Resepşn masaları, promo-masalar
  • Buklet və məlumat stendləri

Müştərilərimizə təqdimatların keçirilməsi üçün multimedia avadanlığı təklif edirik.

Lounge üçün mebel

Qonaqların istirahət zonasında rahat yerləşdirilməsi üçün “LUXTENT” şirkəti müxtəlif ölçülü rahat divanlar, yumşaq kreslolar, torba kresloları, müxtəlif çalarlı daşınabilən puflar, eləcə də kiçik qəhvə masaları və özündə funksionallıq və orijinal dizaynı birləşdirən illüminasiya konstruksiyalarını sifariş etməyi təklif edir. Şirkətimizin mütəxəssislərinin köməyilə siz tent konstruksiyasında yerləşdirə biləcəyiniz lounge-mebelin optimal variantlarını seçəcəksiniz.

Qarderobun icarəsi

Çadırlar və tezqurulan konstruksiyalarda ilboyu istifadə edilə bilər. Bununla əlaqədar müştərilərimizə icarəyə mobil qarderob götürmələrini təklif edirik. Bu cür qarderob çox yer tutmur, lakin, eyni zamanda, böyük sayda qonağın üst geyimini oraya yerləşdirmək mümkündür. Geyim üçün dayaqlar həm əsas çadırda, həm də onlar üçün ayrıca zonada təşkil edilən çadırda yerləşdirilə bilər. Qarderob asılqan və paltarasanlarla təchiz edilə bilər. Qarderob özünəxidmət rejimində də işləyə bilər. “LUXTENT” şirkəti bunun üçün xidmət personalını da təqdim edə bilər.

Siz həmçinin aşağıdakıları sifariş edə bilərsiniz:

Biz müxtəlif növ döşəmə örtükləri təklif edirik: terras lövhəsindən süni qazonadək. Mütəxəssislərimizdən konsultasiya alaraq özünüz və qonaqlarınız üçün ən uyğun olacaq örtüyü seçə və sifariş edə bilərsiniz.

Seçdiyiniz tent konstruksiyası asanlıqla şüşələnə bilər. Çərçivəsiz şüşə, ikiqat və ya birqat şüşə paketi, sürgülü və ya sürgüsüz qapılar da daxil olmaqla çadırların şüşələnməsinin müxtəlif opsiya və variantlarını təklik edirik.

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Qonaqların sayından və çadırın içində yerləşmə planından irəli gələrək, biz, Sizin üçün ən yaxşı mebel dəstini təklif edəcəyik. Masalar və oturacaqlar, rahat divan və kreslolar da daxil olmaqla, bar təşkil edib, banket tekstilini təqdim edəcəyik.

Döşəmələr

Şüşələmə

İşıqlandırma

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Çap

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

Dekor

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

İqlim

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

WC

Menyu