İqlim

Xəzər dənizinin yaxınlığı səbəbindən bütün Azərbaycanda, xüsusilə də sahilyanı hissədə: Bakı və Sumqayıtda hava çox tez dəyişə bilər. Qızmar yay havalarında çadırda xoş sərinlik, qışda isə rahat istilik yaratmaq üçün tent konstruksiyalarını məkanın içində stabil temperatur yaratmağa imkan verən iqlim texnikası ilə təchiz etmək lazımdır. Hava şəraitlərindən, bayırdakı havanın və çadırın yerləşdiyi yerə birləşən kommunikasiyalardan asılı olaraq mövcud variantlardan birini seçmək mümkündür:

  • Konstruksiyaların qızdırıcı toplarla isidilməsi;
  • Açıq havada yerləşdirilən mobil qızdırıcılar;
  • Konstruksiyaların kondisionerləşdirilməsi.

“LUXTENT” şirkətinin mütəxəssisi tent konstruksiyasında rahat temperaturun təmin edilməsi və qorunması vəzifəsini həll etməyə kömək edəcək. Bizim köməyimizlə sizin tədbiriniz istənilən havada qüsursuz keçəcək.

Konstruksiyaların qızdırıcı toplarla isidilməsi

Qiş və payız mövsümlərində tədbirlərin keçirilməsi üçün biz dolayı qızdırma təsirinə malik qızdırıcı toplar təqdim edirik. Bu toplar bayırda quraşdırılaraq çadırın içinə isti hava verir. Mobil qızdırıcılar əsas isitmə avadanlığını çadırdan və ya pavilyondan çıxararaq interyerin estetikliyini qoruyur və eləcə də, interyeri artıq detal və səs-küydən qoruyur. Bir qızdırıcı top 100 m2-dək sahədə lazımi temperaturu qorumağa kömək edir, bir neçə bu cür dizel topu isə çox iri ölçülü məkanları qızdıra bilir. Bu səbəbdən əmin ola bilərsiniz ki, istənilən tədbiriniz, hətta irimiqyaslı tədbiriniz rahat temperaturda keçə bilər. Qızdırıcı toplardan istifadə zamanı təbirdə texnikanın təhlükəsiz istismarına nəzarət edən mütəxəssislər olur.

Qaz qızdırıcıları

Mobil qaz qızdırıcılarından müsbət temperaturda istifadə oluna bilər. Bu cür qızdırıcılar kiçik zonalarda və pavilyon daxilində ayrıca otaqlarda istiliyi qorumağa kömək edir. Bu texnikanın gücü komfort temperaturun qorunması üçün kifayətdir. Qaz qızdırıcılarının köməyilə siqaretçəkənlər üçün ayrıca zonalar, keyterinq meydançaları, açıq terraslar və soyuq havalarda digər mövsümi və müvəqqəti konstruksiyalar təşkil edilir. Açıq hava qızdırıcıları bir yerdən digər yerə asanlıqla daşınır, bu səbəbdən, istismar şərtlərindən asılı olaraq qurğuların sayını artırmaq və ya azaltmaq olar.

Konstruksiyaların kondisionerləşdirilməsi

İsti havalarda sərin tent konstruksiyasının içində olmaq son dərəcə xoşdur. İsti mövsümdə toyların, əyləncəli gecələrin, sərgilərin, idman tədbirlərinin və digər bayramların keçirilməsi zamanı müştərilərimizə iqlim texnikası almağı və ya icarəyə götürməyi tövsiyə edirik. Güclü kondisionerlər istənilən sahəyə malik tezqurulan tent konstruksiyalarının soyudulması üçün uyğundur. Sifarişçinin istəyilə kondisionerlərin ayrıca zonalara quraşdırılması da mümkündür.

Tent konstruksiyasının isidilməsi

Düşünürsünüz ki, çadır yalnız isti vaxtlarda məmnuniyyətlə və fayda ilə vaxt keçirilə biləcək yerdir? Çadırın isidilməsi sayəsində ondan mövsümdən asılı olmayaraq istifadə etmək mümkündür! Bu nəticə ikiqat tent layından və qızdırıcıdan istifadə sayəsində əldə edilir. Ventilyasiya çıxışlarının əlavə kipləşdirilməsi üzrə işlər həyata keçirilir. Bu, istilik itkilərini minimuma endirir və çadırın daxilində rahat temperaturu asanlıqla qorumağa kömək edir.

Siz həmçinin aşağıdakıları sifariş edə bilərsiniz:

Biz müxtəlif növ döşəmə örtükləri təklif edirik: terras lövhəsindən süni qazonadək. Mütəxəssislərimizdən konsultasiya alaraq özünüz və qonaqlarınız üçün ən uyğun olacaq örtüyü seçə və sifariş edə bilərsiniz.

Seçdiyiniz tent konstruksiyası asanlıqla şüşələnə bilər. Çərçivəsiz şüşə, ikiqat və ya birqat şüşə paketi, sürgülü və ya sürgüsüz qapılar da daxil olmaqla çadırların şüşələnməsinin müxtəlif opsiya və variantlarını təklik edirik.

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Qonaqların sayından və çadırın içində yerləşmə planından irəli gələrək, biz, Sizin üçün ən yaxşı mebel dəstini təklif edəcəyik. Masalar və oturacaqlar, rahat divan və kreslolar da daxil olmaqla, bar təşkil edib, banket tekstilini təqdim edəcəyik.

Döşəmələr

Şüşələmə

İşıqlandırma

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Çap

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

Dekor

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

İqlim

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

WC

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Mebel

Menyu