Döşəmələr

Bir çox hallarda tezqurulan çadırlardan nahamar və ya fərqli səviyyəli səthlərdə istifadə olunur. Bu isə qonaqların çadır içində rahat olmalarına mane olur. Bu, xüsusilə ot, qum və ya torpağın narahatlıq yarada biləcəyi təbiətdə keçirilən tədbirlərin keçirilməsi üçün aktualdır.
Rahatlığın təmin edilməsi üçün bütün tezqurulan konstruksiyalar meydançanı düzləşdirməyə imkan verən döşəmə örtükləri ilə təchiz edilir.
“LUXTENT” şirkəti örtüklərin bir neçə variantını təklif edir:

  • Kovrolin və ya süni qazon örtüklü taxta modul döşəmə;
  • Taxta-polimer kompozit əsaslı terras taxtası.

Bizimlə sizin layihəniz ən yüksək səviyyədə və ən qısa müddətlərdə yerinə yetiriləcək.

Terras taxtası

Taxta-polimer kompozitindən və ya TPK terras taxtası – tent konstruksiyaları daxilində döşəmə örtüyünün yaradılması üçün geniş yayılmış materialdır. Terras taxtası cəlbedici xarici görünüşə malikdir, öz istismar xüsusiyyətlərinə görə təbii taxtadan üstündür:

  • Terras taxtası nəmə və temperatur dəyişikliklərinə qarşı davamlıdır, bu səbəbdən, ilboyu istifadə olunan konstruksiyalar üçün uyğundur.
  • Taxta yüksək mexaniki yüklərə davamlıdır, bu isə insanların gediş-gəlişinin çox olduğu yerlərdə: kafe və restoranların yay terraslarında, sərgi pavilyonlarında, fərdi evlərin terraslarında xüsusilə önəmlidir.
  • Düz və sürüşməyən səthi var.
  • Terras taxtası asanlıqla quraşdırılır, bu isə zəruri hallarda ayrı elementləri asanlıq dəyişdirməyə imkan verir.

“LUXTENT” şirkəti Azərbaycandakı müştərilərinə terras taxtasının iki çalarını təklif edir: antrasit və qəhvəyi.

Modul tipli döşəmə

Çadırda taxtadan modul tipli döşəmə hazırlamaq – istənilən formatlı tent konstruksiyasında döşəmənin qurulması üçün rahat və qənaətli həldir. Modul tipli döşəmə taxta tirdən ibarətdir, üzərinə rütubətədavamlı laminasiyalı faner yerləşdirilir. Bu, hətta ən iri pavilyonlar üçün hamar və vizual olaraq tikişsiz örtüklər yaratmağa imkan verir.
“LUXTENT” şirkəti böyük sayda tamaşaçının yerləşdirilməsi üçün geniş zal tələb edən sərgilər, təqdimatlar və digər tədbirlər üçün nəzərdə tutulan tent konstruksiyalarında modul tipli döşəmədən istifadə etməyi tövsiyə edir. Modul tipli döşəmənin önəmli üstünlüyü çadırın içində podiumlar və pillələr yaratmağa, üzərindən isə sifarişçinin istəyinə görə istənilən rəngdə örtük yerləşdiməyə imkan verir.

Döşəmə örtüyü

Çadırlarda daxili döşəmə örtüyü üçün, adətən, müxtəlif rəngli kovrolindən, son toxunuş olaraq tezqurulan konstruksiyaya səliqəli tamamlanmış görünüşün verilməsi üçün qazondan istifadə olunur. Xalça örtüyü (kovrolin) — həm təsir bağışlayan “qırmızı xalçalar”, həm də kütləvi tədbirlər üçün meydançalar yaratmağa imkan verən möhkəm və funksional materialdır. Satış və icarə üçün neytral tonlu örtüklər mövcuddur, sifarişçinin istəyilə istənilən çalarda kovrolinin sifariş edilməsi mümkündür. Süni qazon — həm mövsümi, həm də ilboyu keçirilən tədbirlər üçün əla seçimdir. Süni qazon insanların gediş-gəlişinin sıxlığından qorxmur və bunun sayəsində hər zaman təzə görünür.

Siz həmçinin aşağıdakıları sifariş edə bilərsiniz:

Biz müxtəlif növ döşəmə örtükləri təklif edirik: terras lövhəsindən süni qazonadək. Mütəxəssislərimizdən konsultasiya alaraq özünüz və qonaqlarınız üçün ən uyğun olacaq örtüyü seçə və sifariş edə bilərsiniz.

Seçdiyiniz tent konstruksiyası asanlıqla şüşələnə bilər. Çərçivəsiz şüşə, ikiqat və ya birqat şüşə paketi, sürgülü və ya sürgüsüz qapılar da daxil olmaqla çadırların şüşələnməsinin müxtəlif opsiya və variantlarını təklik edirik.

Tent konstruksiyası həm içəridən, həm də xaricdən işıqlandırıla bilər. “LUXTENT” komandası çadırın istifadə məqsədindən asılı olaraq lazımi peşəkar daxili və xarici işıqlandırma cihazlarını seçib, müxtəlif növ işıqlandırmaları quraşdırır.

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Qonaqların sayından və çadırın içində yerləşmə planından irəli gələrək, biz, Sizin üçün ən yaxşı mebel dəstini təklif edəcəyik. Masalar və oturacaqlar, rahat divan və kreslolar da daxil olmaqla, bar təşkil edib, banket tekstilini təqdim edəcəyik.

Şüşələmə

İşıqlandırma

Çap

Tent konstruksiyaları üçün brendinq xidmətlərini təklif edirik. Çadırın müxtəlif hissələrində çap və genişformatlı banner çapı vasitəsilə şirkətinizin adına diqqəti cəlb edə və tədbirinizdə unikal fotozonalar yarada bilərsiniz.

Dekor

“LUXTENT”-ə müraciət etməklə, günbəz və divarların dizayner parçası ilə dekoru, çadırın daxili və xarici məkanının canlı və süni bitkilərlə tərtibatı da daxil olmaqla, Sizin istəklərinizi nəzərə almaqla dekor üzrə xidmətlər ala bilərsiniz.

İqlim

Biz, tent konstruksiyasının içində rahat atmosfer və temperaturu təmin etməklə, mövsümdən asılı olmayaraq məkanın ziyarətçilər üçün rahat və komfortlu olmasına diqqət yetiririk. Bunun üçün kondisionerlərdən, qızdırıcı toplardan və ya qaz qızdırıcılarından istifadə edirik.

WC

Sifariş əsasında VİP tədbirlər də daxil olmaqla sanitar zonalarını təşkil edirik. Siz, tualet zonalarının, əlüzyuyanların və qrim otaqlarının mümkün variantları barədə “LUXTENT” şirkətinin əməkdaşlarından konsultasiya ala bilərsiniz.

Mebel

Menyu