Dil seçin:

+994 50 212 14 24
+994 12 493 09 00

Mon-Fri09:00 - 18:00Sat-Sun10:00 - 15:00

Module 12,25m² 3,5х3,5Module 25 m² 5х5Module 30 м² 10х3Module 36 m² 6х6Module 50 m² 10х5Module 64 m² 8х8Module 64 м²(V) 8х8Module 100m² 10х10Module 100m²(V)10х10Module 260 m² 20х17Module 360 m²Module 400 m² 20х20Module 500m2Module 600 m²Module 24 м² newСANOPY 25 m² classicModule 100 m²SPHERE 78 m²SPHERE 154 m²SPHERE 200 m²SPHERE  314 m²SPHERE 380 m²SPHERE 530 m²

Müasir tent konstruksiyaları hər yerdə tələb olunan, geniş tətbiq spektrinə malik yüngül və mobil qoruyucu qurğulardır. Bunlardan insanları müxtəlif hava amillərindən qorumaqla açıq havada müxtəlif tədbirlər keçirilərkən istifadə edilir. Tent konstruksiyaları malı, yükü və ya avtomobilləri müxtəlif xarici təsirlərdən qorumaq üçün  tətbiq edilir. Bundan əlavə,  öz davamlılığı, tez hazır olması və istifadədə rahatlığı ilə seçilən mobil tentlər də mövcuddur.

Yüngül və asanlıqla quraşdırılan müasir tent konstruksiyaları nəqliyyat vasitələri ilə istənilən yerə çatdırıla və qısa müddətdə hazırlana bilir. Quraşdırılmış tentlərə tələbat bitdikdən sonra  bunlar asanlıqla sökülür və yeni yerə aparılır və ya saxlanmaq üçün yığışdırılır.  Rahat, davamlı və vizual cəhətdən cəlbedici, mobil tentlərdən müxtəlif ticarət yarmarkaları, toy mərasimləri, korporativ tədbirlər, qonaqlıq və konsertlər keçirilərkən istifadə olunur. Tentlər üzərində müxtəlif reklam informasiyası çap etmək imkanı olduğuna görə müasir arka tentləri həmçinin əlavə reklam aləti kimi də yararlı ola bilər.

Bizim şirkətimiz şəxsi tent konstruksiyaları və çadırlar istehsal edir - bunların arasında günəş şüaları və yağışdan qorunmağa xidmət edən müxtəlif membran konstruksiyalar; pavilyon və ya anbar qismində istifadə edilə bilən mobil  qurğular konstruksiyalar; ilin isti vaxtlarında  stasionar məkanlar əvəzinə istifadə edilən hazır restoranlar, o cümlədən sifarişlə hazırlanan xüsusi eksklüziv tent konstruksiyaları da var. Şəxsi  tent istehsalatımız olduğuna görə biz onların hazırlanmasına tam nəzarət edə bilirik və öz məhsulumuzun yüksək keyfiyyətinə zəmanət veririk. Biz tent konstruksiyalarımızı möhkəm və müasir materiallardan hazırlayırıq. Bizim tentlərimiz heç bir korroziyaya uğramadan və istənilən yüklərə davam gətirərək ən çətin hava şəraitində istismar oluna bilər.

Şirkətimiz tent konstruksiyalarını almaq istəyən şəxslərə müxtəlif tələbatlara uyğun hazır variantlar təklif edir. Şirkətimiz tərəfindən istənilən sərgilərin keçirilməsi, mövsümi ticarət nöqtələrinin təşkili,  yay restoran meydançalarının yerləşdirilməsi və s. üçün tent və çadırların satışı həyata keçirilir. Biz tentləri demokratik və istehlakçılar üçün münasib qiymətlərlə satırıq. Bizim təklif etdiyimiz məhsul  yüksək keyfiyyəti, davamlılığı, müasir dizaynı və həmçinin uzun müddət istehlaka yararlılığı ilə xarakterizə olunur.

Bizim şirkətimiz yalnız çadır və tent konstruksiyalarının satılması ilə məşğul olmur, həmçinin  bu gün çox tələb olunan xidmət növü kimi tent konstruksiyalarının icarəsi  ilə də məşğul olur. Əgər çadır və tentlər sizə qısa müddətə lazımdırsa, tədbiriniz isə müvəqqəti xarakterlidirsə, onda sizə tentləri almaq deyil, onları icarəyə götürmək daha sərfəli olar. Tentlərin icarəsi alınmaqdan  ucuz başa gəldiyinə görə qısamüddətli tədbirlərin keçirilməsi üçün məhz bu xidmətdən istifadə etmək daha rahat və sərfəli olar. Əgər arka çadırı və ya tent icarəyə götürsəniz, kiçik məbləğ ödəməklə onu əvvəlcədən razılaşdırdığınız müddətə tam ixtiyarınıza götürə bilərsiniz. Tent və çadırların istehsalı, satılması, o cümlədən icarəsindən ibarət olan əsas fəaliyyətimizdən əlavə,  biz həm də bunları müşayiət edən müxtəlif xidmətlər də göstəririk:

  • Müxtəlif tədbirlərdə tent konstruksiyalarının daxilində yığılıb-sökülən döşəmə, podium və səhnələrin quraşdırılması;
  • Tent konstruksiyalarının daxilində kovrolin düzülməsi;
  • Keçirilən təbdirin iştirakçı və qonaqlarını rahat yerləşdirmək üçün müxtəlif mebel əşyalarının (stol, stul və s.) icarəyə verilməsi;
  • Tent konstruksiyalarının işıqlandırılması;
  • Tent daxilində qızdırıcıların quraşdırılması;                                            
  • Tent daxilində kondisioner sisteminin quraşdırılması;                            
  • Tent konstruksiyalarına xidmət: tentlərin quraşdırılması və ya sökülməsi, anbarlara daşınması, tent konstruksiyalarının bizim sahələrimizdə  saxlanması və s.

Bizim şirkətimizdən tez quraşdırılan çadır və tentlər almaq və ya icarəyə götürməklə siz onların keyfiyyətini, istifadə və saxlanma rahatlığını, uzunmüddətli xidmətini, həmçinin münasib qiymətləri layiqincə dəyərləndirə bilərsiniz.

daha ətraflı